Rus turistin qatili yaxalandı: Köpək balığının  mədəsindən bədbəxt adamın əzaları çıxarıldı 

Misirdə 4 gün əvvəl rus turisti parçalayan köpək balığı tutulub. Aparılan müayinələr nəticəsində heyvanın mədəsində bədbəxt adamın əzaları aşkar edilib.

Sherg.az xarici mediyaya istinadən xəbər verir ki, sevgilisi ilə Misirə istirahətə gedən rusiyalı turistin əvvəl hər işi normal gedirdi. İctimai çimərlikdə dənizə girən turist sahildən uzaq bir nöqtədə dəhşət yaşayıb. Köpək balığının hücumuna məruz qalan bədbəxt turist qışqıraraq kömək istəsə də, heç kim suya girməyə cəsarət etməyib.

Rusiyanın Hurqadadakı konsulluğundan verilən açıqlamada, "Hurqadadakı Rusiya vətəndaşlarının nəzərinə. İyunun 8-də Hurqadada (Dream Beach) bir rus köpək balığının hücumu nəticəsində ölüb.
Rusiyanın Hurqadadakı konsulluğu Rusiya vətəndaşının ailəsinə və yaxınlarına başsağlığı verir” ifadələrinə yer verərək Rusiyalı turistlərdən dənizə girərkən diqqətli olmaları xahiş olunub.


Adının Vladimir Popov olduğu öyrənilən turisti öldürən köpək balığı günlər sonra sahilə çıxarılıb. Aparılan müayinələr nəticəsində gəncin bədən hissələri köpəkbalığının mədəsində aşkar edilib. Köpək balığının mədəsindən araşdırmalar üçün bir çox əza və bağırsaq da çıxarılıb.

Misir Milli Dəniz Elmləri İnstitutunun professoru Dr. Mahmud Dar verdiyi açıqlamada köpək balığının dişi olduğunu bildirib.

Digər tərəfdən, Vladimirin pərişan atası Yuri, oğlunun köpəkbalığı tərəfindən parçalanaraq öldürülməsini seyr edərkən başına gələnləri danışdı:

“Dincəlmək üçün sahilə getdik. Oğlum köpək balığının hücumuna məruz qaldı, hər şey saniyələr içində oldu".
 Atası oğlunun qalan hissələrinin yandırılacağını və külünün Rusiyaya aparılacağını  bildirib.


“Əl-Ərəbiyyə”  bədbəxt kişinin sevgilisinin sahildə ağladığı anları paylaşıb. Həmin kadrlar dünya mətbuatında əks-səda doğurub.

Turan