Milyon dollarlıq anlaşma bitdi

Şahzadələr daha yaxşı iş axtarışındadır 

Böyük Britaniya kral ailəsindən ayrılaraq ABŞ-də azad həyat sürməyi qərara alan şahzadə Harri və həyat yoldaşı Meqan Markl bir layihə ilə bağlı imzaladıqları milyon dollarlıq müqaviləyə son verib.

 “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ-də yaşamağa başlayan cütlük məşhur “Spotify” - rəqəmsal musiqi nəhəngi ilə imzaladıqları anlaşma sona çatıb. Anlaşmaya görə, cütlük 12 bölümdən ibarət "Archetypes" adlı podcast yayınlarını (səsli və ya videomaterialların istehsalı və yayımı) birgə təşkil edəcəkdi. “The Wall Street Journal”ın xəbərinə görə, “Archetyes”in ikinci mövsümü olmayacaq, bununla bağlı şahzadələrlə şirkət eyni fikirdədir və anlaşmanın icrasını dayandırmaq qərarına gəliblər. 

Anlaşmanın dəyəri 25 milyon dollar olub. İddia olunur ki, cütlük bu anlaşmadan imtna etsə də, hazırda daha yaxşı iş axtarışındadır. Deyilənə görə, şahzadə Meqan Markl bu anlaşma çərçivəsində Serena Villiams və Meray Keri kimi məşhurlarla görüşüb, onlara qadın rollarının ifaçılığını da təklif edib.