SON DƏQİQƏ: Rusiya “Taxıl Dəhlizi” sazişini hələlik dayandırdı

 
Kremldən verilən açıqlamada Qara Dəniz Taxıl Dəhlizi razılaşmasının "hələlik" dayandırıldığı bildirilib. Açıqlamada, "Krım körpüsünə edilən hücumla taxıl müqaviləsinin ləğvi arasında heç bir əlaqə yoxdur. Şərtlər yerinə yetirildikdə Rusiya müqaviləyə qayıdacaq" deyə bildirilir.

Sherg.az xəbər verir ki, Keçən ilin iyulunda BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanan saziş Rusiya-Ukrayna münaqişəsi səbəbindən blokadaya düşmüş Ukrayna taxılının təhlükəsiz ixracını təmin etməklə qlobal ərzaq böhranını aradan qaldırmaq məqsədi daşıyırdı.

Sözügedən müqavilənin müddəti bir neçə dəfə uzadılıb, lakin Rusiya aylardır ki, müqavilənin uzadılması üçün lazımi şərtlərin yerinə yetirilmədiyini bildirirdi.

Turan