Borca aldığı velosipedlə uşaqlar üçün 35 şəhəri gəzəcək


Türkiyənin Adanada şəhərində  beyin şişi səbəbiylə oğlunu itirən Kemal Yücel orqan və kök hüceyrələri nəqli gözləyən uşaqlara diqqət çəkmək üçün velosiped turu çərçivəsində Əskişəhərə gəlib.

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, borc aldığı velosipedlə səyahət  turuna çıxan Kemal Yücel nikbindir. "Hər Pedal Bir Ümid Olsun" şüarı ilə işə başlayan Yücel, jurnalistlərə açıqlamasında maarifləndirmə məqsədilə Türkiyəyə velosiped turuna çıxdığını söyləyib.


Xəstəxanalarda həyata yapışmaq üçün gözləyən uşaqların olduğuna diqqət çəkən Yücel, uyğun donor tapılmadığı üçün xəstə uşaqların hər gün ölümə bir addım daha yaxınlaşdıqlarını ifadə edib.

Yücel deyib: "İnsanlar da kök hüceyrə bağışlamasının çox çətin və ağrılı bir proses olduğunu düşünürlər. Ona görə də donor olmaqdan qorxurlar. Ona görə mən də velosipedimi sürürəm, şəhərdən şəhərə səyahət edirəm. Donor olmağın əhəmiyyətini insanlara izah edirəm". 

Turan