Putin əmr etdi: Orduya çağırış 55 yaşa qədər artırıldı

Rusiya Prezidenti Vladimir Putin rütbəsi zabit rütbəsindən aşağı olan vətəndaşlar üçün ordudan təxris yaşını 5 il artıran qanunu imzalayıb.
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, qanun əsgər, matros, serjant, starşina, gizir və miçman rütbələrində olan rusiyalılara şamil edilir.
Sənəd hüquqi informasiya portalında dərc olunub.
Birinci kateqoriyaya aid olan hərbi qulluqçular üçün yaş həddi 35-dən 40-a, ikinci kateqoriyalar üçün 45-dən 50-yə, üçüncülər üçün 50-dən 55-ə qaldırılır. Bu kateqoriyalar yaş, dərəcə və cinsdən asılıdır.
Eyni zamanda, vətəndaşların səfərbərlik ehtiyatında qalmasının yuxarı yaş həddi də beş il artırılıb: bu müddət yüksək rütbəli zabitlər üçün 60 yaşdan 65 yaşa, kiçik zabitlər üçün 55 yaşdan 60 yaşa, digər rütbələrdə olanlar üçün 45 yaşdan 55-yaşadək olacaq.
Sənədə əsasən, ehtiyatda olan vətəndaşların mərhələli şəkildə pensiyaya çıxarılması üçün 2028-ci il yanvarın 1-dək keçid dövrü nəzərdə tutulub.