İranda daha 2 polis öldürülüb

İranda 2 polis öldürülüb.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Xuzistan vilayətinin İze şəhəri yaxınlığındakı kənddə silahlı şəxslərlə qarşıdurmada 2 polis əməkdaşı öldürülüb.

Qeyd edək ki, İranda ötən gün 4 polis öldürülüb.