Rusiyada cinsiyyətin dəyişdirilməsi qadağandır:  Putin qanunu təsdiqləyib

Rusiyada cinsi dəyişikliyi qadağan edən qanun təsdiqlənib. Transgender nikahları etibarsız olacaq və onlar övladlığa götürə bilməyəcəklər.

Sherg.az rus mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu təsdiqləyib.


Putinin imzaladığı fərmana əsasən, cinsiyyətin dəyişdirilməsi üçün cərrahiyyə və hormon terapiyası aparılmayacaq.

Ölkədə artıq cinsini dəyişmiş şəxslərə müxtəlif məhdudiyyətlər qoyan qanuna görə, bu vətəndaşların nikahları etibarsız sayılacaq və onlar övladlığa götürə bilməyəcəklər.

Putinin 2022-ci ilin dekabrında təsdiq etdiyi başqa bir qanun da qeyri-ənənəvi cinsi əlaqəni, uşaq istismarını və Rusiyada cinsiyyət dəyişmə istəklərinə səbəb ola biləcək informasiya təbliğatını qadağan edib.

Turan