Həkimlər 23 yaşlı gəncin mədəsindən 11 batareya çıxarıblar

Çinin Miaoli bölgəsində həkimlər endoskopiya üsulu ilə bir insanın mədəsindən 11 qələm batareyasını çıxarıblar.

Sherg.az  "Taipei Times"-in məlumatına istinadən xəbər verir ki, 23 yaşlı Li 11 batareyanı udduqdan sonra dostu tərəfindən Mialoi rayonundakı "Da Chien" xəstəxanasına aparılıb.

Həkimlər rentgenlə Linin mədəsində aşkar etdikləri batareyaları endoskopiya üsulu ilə təxminən bir saat ərzində çıxarıblar.

Endoskopiya zamanı orqanlarının zədələndiyini bildirən Li, bir daha batareyanı udmağa cəsarət etməyəcəyini söyləyib.

Turan