Nigerdə hərbi çevrilişə cəhd, ordu Prezident sarayını mühasirəyə alıb

Nigerdə hərbçilər Niamey şəhərində Prezident sarayını mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə “Jeune Afrique” qəzeti məlumat yayıb.

Bildirilib ki, qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır.

M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

Xatırladaq ki, bu, hərbçilərin Niger rejimini ilk dəfə hədələməsi deyil. 2021-ci il martın 31-də zabitlər Məhəmməd Bazumun andiçmə mərasiminə iki gün qalmış Mahamad İssoufunu devirməyə cəhd ediblər. Hərbçilərin idarə etdiyi qonşu Mali, Burkina-Fasodan fərqli olaraq, Nigeri mülki şəxslər idarə edirlər.