2 min illik məzarın sirri: Qadın komandana aid olduğu ortaya çıxdı

İngiltərənin Scilly adasında qalxan və qılıncla birlikdə dəfn edilmiş bir şəxsin məzarının üzərində yeni araşdırmalar aparılıb. Məzarın dövründə ordulara rəhbərlik edən qadın döyüşçüyə aid olduğunu ortaya çıxıb. 2 min illik məzarla bağlı yeni kəşf qadınların tarixi müharibələrdə oynadığı rollara yeni işıq salacaq.


 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Britaniyanın 2000 illik məzarın sirrini açaraq, dəmir dövründəki müharibələrlə bağlı maraq doğuran məqamlara aydınlıq gətirib.

Onilliklər ərzində arxeoloqlar 1999-cu ildə Bryherdə aşkar edilmiş daşla örtülmüş dəfn kamerasının kişiyə, yoxsa qadına aid olub-olmadığını düşünürdülər.


 
Qazıntılar zamanı insan qalıqlarının yanından mis xəlitəli qınında qılınc və qalxan tapılıb. Mütəxəssislər qeyd ediblər ki, bunlar çox vaxt kişilərlə əlaqəli obyektlərdir. Lakin qəbirdən günəş motivləri ilə bəzədilmiş və qadınlarla əlaqəli tunc güzgü və broş da tapılıb. Məzar Qərbi Avropada ən nadir məzarlardan biridir, çünki içərisində həm güzgü, həm də qılınc olub.


 
Nəhayyət İngiltərənin rəhbərlik etdiyi elmi araşdırma qrupu qalıqların qadına aid olduğunu müəyyən edib. Tədqiqatçılar bildiriblər ki, bu kəşf icmalar arasında zorakılığın həyat faktı kimi qəbul edildiyi bir vaxtda qadın döyüşçülərin roluna işıq sala bilər.

DNT analizi kimi ənənəvi üsullarla məzardakı adamın cinsiyyətini müəyyən etmək üçün edilən ilk cəhdlər sümüklərin parçalanması səbəbindən uğursuzluqla nəticələnib. Daha sonra skeletdən təxminən 150 qram ağırlığında kiçik sümük parçaları və dişlər çıxarılıb.



 
Elmi irəliləyişlər, xüsusilə Davisdəki Kaliforniya Universitetində mürəkkəb bir texnikanın inkişafı, arxeoloji elmi jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə diş minasını sınaqdan keçirməyə imkan verib.


Davisdə ətraf mühitin toksikologiyası üzrə dosenti Dr. Glendon Parker izah edir: "Diş minası insan bədənindəki ən sərt və ən davamlı maddədir. Onun tərkibində X və ya Y xromosomu ilə əlaqəli bir zülal var, yəni cinsiyyəti təyin etmək üçün istifadə edilə bilər. Bu faydalıdır, çünki bu zülal müqayisədə yaxşı yaşayır. Bizim analizimiz sağ qalan diş minasının kiçik parçalarından zülal izlərinin çıxarılmasını əhatə edirdi ki, bu da həmin şəxsin qadın olmasının 96 faiz ehtimalını hesablamağa imkan verdi”.


Digər tərəfdən, tədqiqatçılar güzgülərin Dəmir dövründə siqnal vermək, ünsiyyət qurmaq və hücumları koordinasiya etmək üçün istifadə oluna biləcəyini qeyd ediblər. Mütəxəssislər onu da izah edirdilər ki, bu dövrdə güzgülər həm də basqının uğurlu olmasını təmin etmək və ya döyüşçüləri geri qayıdarkən “təmizləmək” üçün fövqəltəbii dünya ilə ünsiyyət vasitəsi kimi ritual funksiyalara malikdir.

İngiltərədə insan skeleti bioloqu Dr. Sarah Stark deyir: "Tapıntılar Scillydə bir qadının müharibədə aparıcı rol oynadığına dair sübutlar verir.


Məzarlarda tapılan əşyaların simvolikasını heç vaxt tam başa düşə bilməsək də, qılınc və güzgü birləşməsi bu qadının öz icmasında yüksək statusa malik olduğunu və yerli döyüşlərdə, komandan rol oynadığını göstərir. Bu, qadınların basqınlarda və digər zorakılıq formalarında iştirakının dəmir dövrü cəmiyyətində düşündüyümüzdən daha çox olduğunu göstərə bilər və Boudicca kimi liderlərin sonradan ortaya çıxması üçün zəmin yarada bilər".


Qadın döyüşçünün qılıncı və güzgüsü hazırda Scilly adası muzeyində nümayiş etdirilir.

Turan