Şahzadənin oğlu böyüyəndə nə olacaq?

 
ABŞ-da yaşayan şahzadə Harri və Meqan Markl şəxsi həyatları ilə gündəmdən düşmürlər. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Şahzadə Harri oğlu Arçinin böyüyəndə nə olmaq istədiyini paylaşıb.
İngiltərədəki krallıq vəzifələrini buraxaraq 2020-ci ildə ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl cütlüyü kral ailəsini tərk etsələr də gündəmdə qalmağı bacarırlar. Hollandiyada keçirilən İnvictus Oyunlarına qatılan Şahzadə Harri oğlu Arçinin gələcəyindən danışıb. Şahzadə Harrinin çıxışı “Heart of Invictus” sənədli filmində yer alıb.

Şahzadə Harri, "Oğlum Arçidən böyüyəndə nə olmaq istədiyini soruşduqda, o, bir neçə gün astronavt, bir neçə gün pilot - əlbəttə ki, helikopter pilotu və ya Kvaziy cizgi filmindəki oktonavtlardan biri olduğunu söyləyir" deyə bildirib.


Şahzadə onu da qeyd edib ki, oğlu nə peşənin sahibi olursa, olsun, “xarakter” hər şeydən önəmlidir.

Qeyd edək ki, Arçin 4 may 2019-cu ildə doğulub. Cütlüyün 2012-ci ildə Lilibet adlı qızı olub.