Sərnişin ishala tutulduTəyyarə 1 gün gecikdi


Atlanta-Barselona reysini həyata keçirən “Delta” Hava Yollarına məxsus təyyarə bir sərnişinin ishala tutulması səbəbindən təcili eniş etməli olub. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Atlanta Hava limanından 194 nömrəli reyslə qalxan təyyarə 2 saat sonra təkrar Atlanta hava limanına enib. Buna səbəb salondakı sərnişinlərdən birinin qarnının ağrıması və ishala tutulması olub. Sosial media platforması X üzərindən yayılan və hava nəqliyyatı nəzarətinə aid olduğu bildirilən səs yazısında “bu an təyyarənin salonunda ishala tutulmuş bir sərnişin var. Buna görə Atlantaya geri dönmək istəyirlər” ifadələri yer alıb. 

“Delta” Hava Yolları Şirkəti isə “Insider” internet səhifəsində yayımladığı açıqlamada təyyarədə “tibbi bir durum” olduğunu və pilotun “bu vəziyyət bakterioloji çirklənməyə nədən ola bilər”, xəbərdarlığından sonra təyyarənin Atlantaya geri dönməsi qərarının verildiyini təsdiqləyib. Təyyarə hava limanına qayıdıb və salonunda təmizlik işləri aparılıb. Buna bir xeyli vaxt sərf edildiyindən Atlanta-Barselona reysini həyata keçirəcək təyyarə 1 gün gecikmə uçuşunu gerçəkləşdirib.