Maskın sevgilisi yalvarır: “Oğlumu görməyimə izn ver!”

 “Texnologiya nəhəngi” – “Tesla” və “Spacex”in qurucusu Elon Mask keçmiş sevgilisi və iki övladının anası Grimes X - Twitter hesabındakı paylaşımı ilə gündəmə gəlib. Grimes E.Maska çağırış edərək “oğlumu görməyimə izn ver”, - deyə yalvarıb. Keçmiş sevgilinin bu paylaşımı gündəm olub. E.Maskla müğənni Grimes arasında münasibətlər 2018-ci ildə başlayıb. İlk vaxtlar xoşbəxt görünən cütlük tez-tez kameralar önünə keçərək göz oxşayan fotolarla gündəmə gəlirdi. 3 il sonra isə cütlük ayrılmaq qərarı verib. E.Mask ayrılma səbəbi kimi işiylə bağlı intensiv səfərlərdə olduğunu göstərib. Cütlüyün əvvəlcə 1 oğlu, 2 il əvvəlsə qızları dünyaya gəlib. Lakin E.Maskla Grimesin münasibətləri pozulub. Və onlar ayrılıblar. Bundan sonra E.Maskın “Neuralink” şirkətində çalışan Shivon Zilis adlı xanımla yaxın əlaqəsinin olduğu və əkiz övladlarının dünyaya gəldiyi xəbəri yayılıb. İndi isə Grimes, Elon Maskı 3 yaşlı oğlunu ona göstərməməkdə ittiham edir. Grimes buna Maskın yeni sevgilisinin səbəb olduğunu iddia edib. O, tviter hesabında paylaşım edərək “lütfən, oğlumu görməyinə izn verin”, - yazıb.