1800 il yaşı olan kəşf…

Üzərində zəfər çələngi, əsgər və bayraq həkk edilmiş mehrab daşı  tapılıb

  Konyanın Karatay bölgəsindəki Savatra antik şəhərində 1800 il yaşı olduğu ehtimal edilən, üzərində zəfər çələngi, əsgər və bayraq həkk edilmiş mehrab daşı  tapılıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yanında Qazıntı və Araşdırmalar Dairəsi başqanlığının bu barədə verdiyi açıqlamada bildirilir ki, Konya-Karatay Yağlıbayat, Savatra Antik şəhərindəki arxeoloji qazıntılar zamanı miladdan sonra 2-3-cü yüzilliyə aid, 3 tərəfində zəfər çələngi, əsgər və bayraq həkk edilmiş mehrab daşı – qurbangah aşkarlanıb”. Qazıntı işləri antik şəhərdəki Roma dönəmindəki teatr qalıqları ərazisində Selçuk Universitetinin Mədəni İrsi Qoruma və Tanıtma bölümünün professoru İlkər İşıkın rəhbərliyində aparılıb. 

Qurbangahın 1,5 metr dərinlikdə tapıldığı, təqribən 1800 illik yaşı olduğu bildirilir. Tarixi əsər nümayiş olunmaq üçün Konya Arxeologiya Muzeyinə təhvil veriləcək.