Dünyanın ən zəngin adamları bunu tövsiyə edir

Bir addım həyat qurtarır! 

Müasir həyatda stressdən uzaqlaşmağın bir çox üsulları təklif edilir. Amma mütəxəssislərin əksinə olaraq hazırda dünyanın ən varlı şəxslərindən biri - "Apple" şirkətinin qurucusu, 62 yaşlı Tim Cook  təbiətlə təmasda olmağı, təbiətə bir addım atmağı məsləhət görür. Dünyanın ən varlı adamlarından birinin fikrincə, təbiətlə təmasda olmaq stressi azaldır, beyin yorğunluğunu aradan qaldırır. 

Onun fikrincə, bu, digər variantlardan daha yaxşıdır. Təbiət qoynunda olmaq, təbiətlə baş-başa zaman keçirmək insanın zehnini təmizləyir. Tim Cook özü 20 ildir ki, Şilikon vadisində yaşayır. T.Cook “nadir hallarda qar fırtınası və ya başqa bir şey xaricində, açıq havada olmaq mənim üçün hər zaman əlçatandır. 

Burada olduğum müddətdə qaçışa, piyada gəzməyə üstünlük verirəm, bu, mənə düşüncələrimi yeniləmək imkanı verir”, söyləyib. “Beynəlxalq Ətraf Mühit Araşdırmaları və Xalq Təbabəti” dərgisində yayımlanan araşdırmaya görə, həkimlər depressiya, stress və köklük kimi simptomları olanlara qaçış və piyada gəzməyi məsləhət görür. Meşə, parklarda 120 dəqiqə gəzintinin xüsusən şəhərdə yaşayan əhali üçün vacibliyini vurğulayırlar. 7 gün ərzində açıq havada 200-300 dəqiqə gəzən insanların səhhətindəki problemlər, eləcə də psixoloji rahatsızlıqları xeyli aradan qalxmış olur. 

Təbiətlə təmasa üstünlük verən təkcə T.Cook deyil. Opra Vinfrey, Mark Zuckerberg də açıq havada gəzməyi xoşlayırlar və bundan böyük zövq aldıqlarını bildiriblər. Utah Iyalet Universitetindən həkim-terapevt Jared Hovkins insanlara “hətta bir neçə dəqiqəlik boş vaxtınız varsa belə, onu təbiətdə keçirməyə, təbiət qoynunda nahar etməyə çalışın. Ağaclara diqqətlə baxın,  quşların səsini dinləyin, küləyi hiss edin. Bu, diqqətli olmağınıza və stressi azaltmanıza kömək edəcək”, - deyib.