Yadplanetlilər Meksika parlamentində

“Bilməliyik ki, bu ucsuz-bucaqsız kainatda tək deyilik. Bu həqiqəti qəbul etməliyik”

  Meksika paytaxtındakı konqres toplantısında “insan olmadığı” iddia edilən iki varlığın qalıqları nümayiş edilib. “Sherg.az"  “NTV.com.tr”yə istinadən xəbər verir ki, qalıqları qəzetçi və ufoloq Jaime Maussan nümayiş etdirib. Nümunələrin yadplanetlilərə aid və 1000 illik yaşı olan qalıqlar olması iddia edilir. J.Maussan San Lazaro Sarayında çıxışına and içərək başlayıb və “bu nümunələr bizim planetimizin bir parçası deyil. Bunlar naməlum uçan obyekt qəzasından sonra tapılan varlıqlar da deyil. Onlar “diatom” (yosun) mədənlərində olub, sonradan quruyaraq belə forma alıblar”, söyləyib. Bu iddialar təsdiq olunmayan anormal olaylarla bağlı təşkil edilmiş əhatəli müzakirələr zamanı ortaya atılıb. J.Maussan nümunələrin Meksika Özəl Milli Universiteti tərəfindən analiz edildiyini deyib. Əhatəli analiz edilmələri gərəkdiyi bildirilən qalıqlar ənənəvi formada deyil, quma bənzəyən bir təbəqəylə örtülü vəziyyətdədir. J.Maussan isə “xalqın insanlar xaricində texnologiyalar və bizlərdən savayı da varlıqlar olmasını bilmək haqqı vardır. Bizi ayıran deyil, birləşdirəcək məsələdən bəhs edirik. Bilməliyik ki, bu ucsuz- bucaqsız kainatda tək deyilik. Bu həqiqəti qəbul etməliyik”, söyləyib. Müzakirələrdə bu ilin iyul ayında ABŞ-də keçirilmiş toplantıda ifadə verən ABŞ donanmasının sabiq pilotu Ryan Graves və Harvard Universitetinin astrofizika professoru Avi Loeb də iştirak edib. Toplantıda bir müddət əvvəl qırıcı təyyarə tərəfindən göy üzündə çəkilmiş 11 fərqli işıqla bağlı video da nümayiş olunub. Bəziləri nümayiş olunanları yadplanetlilərə aid edir, bəziləri isə bu göstərilənlərin gizli əsgəri əməliyyatlar olması iddiasındadır. Naməlum uçan obyektlər haqqında məlumat vermiş Devid Çarles Qrusç isə iyul ayında ABŞ-də keçirilən toplantıda “hökumət yadplanetlilərə məxsus uçan aparatları gizlədir”, iddiası səsləndirmişdi.