İrəvanda etiraz aksiyası keçirilib, saxlanılanlar var

Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki parkda çadır şəhərciyi qurmaq istəyən beş nəfər saxlanılıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd olunur ki, az sayda müxalifətçi parkda çadır qurub. Yarım saat sonra xüsusi təyinatlı qüvvələr çadırın quraşdırılması yerinə gəliblər. Xüsusi təyinatlılar həmin şəxslərin bəzilərini saxlayıb.

Xatırladaq ki, bundan əvvəl İrəvanda və ölkənin digər ən böyük şəhərlərində Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlərinin keçirildiyi xəbər verilib.