Təsdiqləndi! - Putin Ermənistana gedərsə…

Ermənistan Prezidenti Vaahn Xaçaturyan Roma statutunun ratifikasiyası haqqında qanunu təsdiqləyib.

APA xəbər verir ki, bununla da, Roma staututu Ermənistanda qüvvəyə minib.

Qeyd edək ki, Roma statutununu qəbul edən ölkələr üzərlərinə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürür.

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində saxlanılma qərarı çıxarıb.

Sənəd qüvvəyə mindiyindən Putin Ermənistan ərazisinə səfər edəcəyi təqdirdə həbs olunaraq, Haaqa tribunaına verilməlidir.