İsrail ordusu HƏMAS mövqelərini məhv edir

İsrail ordusu son bir neçə saat ərzində Qəzza zolağına onlarla zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, HƏMAS-ın qərargahı, minaatan atış mövqeləri və terrorçulara zərbələr endirilib.

Bildirilib ki, iki gün əvvəl öldürülən HƏMAS qüvvələrinin komandiri Əli Qadinin komanda mərkəzi də vurulub.