Fransanın XİN rəhbəri Livana səfər edib

Fransanın xarici işlər naziri Ketrin Kolonna Misirdən sonra Livana yollanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində hesabında bildirib.
K.Kolonna qeyd edib ki, Fələstin-İsrail münaqişəsi fonunda bölgədə gərginliyin qarşısının alınmasını müzakirə etməyi planlaşdırır: "Yaxın Şərqə səfərimin üçüncü günündə Beyruta gəlirəm. Problemlər içində olan Livanda mən bütün maraqlı tərəfləri məsuliyyətə cəlb etmək niyyətindəyəm".