Netanyahu: Uşaqlarımızı öldürənlər öz uşaqlarını da öldürürlər

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada çoxlu sayda insan itkisinə səbəb olan xəstəxanaya hücumda İsrail hərbçilərinin iştirakı ilə bağlı iddiaları rədd edib.

APA xəbər verir ki, hökumət başçısı partlayışı terrorçuların işi hesab edir.

"Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya İsrail Müdafiə Qüvvələri deyil, barbar terrorçular hücum edib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz uşaqlarını da öldürürlər", - baş nazir X (keçmiş) sosial şəbəkəsindəki səhifəsində yazıb.