BMT: Qəzzada xəstəxananın dağıdılmasına görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir

Qəzzada Əl-Əhli xəstəxanasının dağıdılmasına görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir.

“Report” xəbər verir ki, bu barədə Cenevrədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk məlumat verib.

O, bütün nüfuzlu dövlətləri bu dəhşətli vəziyyətə son qoymaq üçün əlindən gələni etməyə çağırıb:

“Biz bu fəlakətin miqyasını hələ bilmirik, amma aydın olan odur ki, zorakılıq və qətllər dərhal dayandırılmalıdır. Məsul şəxslər məsuliyyətə cəlb edilməlidir. Mülki insanlar qorunmalı və humanitar yardım təcili olaraq ehtiyacı olanlara çatdırılmalıdır”.