Ağ Ev Ukraynaya "ATACMS" raketləri göndərib

ABŞ bu yaxınlarda Ukraynaya uzaqmənzilli ATACMS raketlərini təhvil verib.

Trend-in məlumatına görə, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrienn Uotson bildirib.

"Ümid edirik ki, ATACMS öz döyüş hazırlığımıza xələl gətirmədən Ukraynanın döyüş sahəsindəki imkanlarını əhəmiyyətli dərəcədə artıracaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, göndərilən raketlərin uçuş məsafəsi 165 km, bu silahların maksimal mənzili isə təxminən 305 km-dir.