Xorvatiya xarici işlər naziri öpüşə görə üzr istədi

Xorvatiyanın xarici işlər naziri Qoran Radman Avropa Birliyinin sammitində baş verən öpüş anlaşılmazlığına görə üzr istəyib.

Bakupost.az xəbər verir ki, o, Almaniya xarici işlər naziri Annalen Berboku rəsmi salamlaşma zamanı öpüb.

İnsident nazirlərin birgə şəklinin çəkilməsi zamanı baş verib.

Belə ki, Radman qadının dodağından öpməyə cəhd edərkən, Berbok üzünü yayındırmağa çalışıb və bundan narazı olduğu hiss edilib.

Rumın nazir üzr istəyərək, sadəcə, əsl insan və kolleqa kimi salamlaşmaq niyyətində olduğunu açıqlayıb.

Rəsmi görüşlərdə dövlət nümayəndələrinin bir-birini öpməsi etikadan kənar hesab edilir.