ABŞ-dan İsrailə: Daha kiçik bombalardan istifadə et!

ABŞ İsrailə Qəzza zolağında daha kiçik bombalardan istifadə etməyi tövsiyə edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Baş nazir Benyamin Netanyahu ilə mülki insanların həyatını xilas etmək üçün konkret addımları müzakirə edib.

Qəzet bildirib ki, ABŞ rəsmilərinin fikrincə, İsrail HƏMAS liderlərini hədəf alma üsullarını təkmilləşdirməlidir.