Hakan Fidan Misir və İordaniya XİN başçıları ilə danışıb

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün misirli və iordaniyalı həmkarları Samih Şükri və Ayman Safedi ilə telefonla danışıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı Qəzzada mülki əhalini hədəf alan hücumların dayandırılması və dərhal atəşkəsə nail olunması üçün hansı addımların atıla biləcəyi barədə fikir mübadiləsi aparılıb.