Yunanıstanın Lesbos adasında gəmi batıb, 13 nəfər itkin düşüb


Yunanıstanın Lesbos adası sahillərində Komor adaları bayrağı altında üzən yük gəmisi batıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, iki suriyalı, dörd hindistanlı və səkkiz misirlinin olduğu ekipajın bir üzvü sağ tapılıb və Hərbi Dəniz Qüvvələri helikopteri tərəfindən xilas edilib.

Axtarış-xilasetmə işləri davam edir.