Bolqarıstanda çovğun: Fövqəladə vəziyyət elan edildi

Bolqarıstanda yağan güclü qar nəticəsində ölkənin bir sıra regionlarında fövqəladə vəziyyət elan edilib.
Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, qar səbəbindən baş verən yol qəzalarında 2 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Bolqarıstanın şimal-şərqində mindən çox yaşayış məntəqəsi işıqsız qalıb.