İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “İHA” məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində İŞİD üçün pul, tərəfdar yığan və təbliğat apardığı iddia edilən 4 şübhəli tutulub.