1974-cü ildə ABŞ-ın Oklahoma ştatında törədilən qətl hadisəsinə görə 48 il 1 ay 18 gün həbs olunan 71 yaşlı Qlin Simmonsun mahiyyətcə günahsız olduğu müəyyən edilib. Simmons ABŞ tarixində ən uzun haqsız yerə həbs edilən şəxs oldu.
Sherg.az xarici media istinadən xəbər verir ki, Simmons iyul ayında hakimin işə yenidən baxılmasına göstəriş verdikdən sonra sərbəst buraxılmışdı.
Bazar ertəsi bir rayon prokuroru Simmonsun işinə yenidən baxılması üçün heç bir sübut olmadığını söyləyib.
Lakin çərşənbə axşamı Oklahoma dairəsinin hakimi Emi Palumbo onun günahsız olduğunu elan edib.
"Bu məhkəmə aydın və inandırıcı dəlillərlə cənab Simmonsun günahsız mühakimə olunduğu və cinayətdə təqsirli olmadığını müəyyən edir", - Palumbo bildirib.
Məhkəmənin qərarından sonra jurnalistlərə açıqlama verən Simmons, "Bu, dözümlülük və əzmkarlıq dərsidir. Kimsəyə bunun ola bilməyəcəyini söyləməsinə icazə verməyin, çünki bu, həqiqətən də ola bilər" deyib.
Simmons Oklahoma Sitidə bir içki mağazasını qarət edərkən Karolin Syu Rocersin qətlinə görə mühakimə olundu. 1975-ci ildə Don Roberts ilə birlikdə ölüm cəzasına məhkum edildi.
Daha sonra cəzalar ömürlük həbslə əvəz olunub.
Simmons bildirib ki, qətl baş verən zaman vətəni Luiziana ştatında olub.
İyul ayında prokurorların əllərində olan bütün dəlilləri müdafiə vəkillərinə göstərmədiyi ortaya çıxdı, bir şahid digər şübhəliləri müəyyən etdi və Simmonsun cəzası ləğv edildi.
Roberts 2008-ci ildə şərti azadlığa buraxılıb.
ABŞ-ın Oklahoma ştatında haqsız yerə həbs edilənlərə 175 min dollara qədər təzminat ödənilə bilər.
Hazırda qaraciyər xərçəngi ilə mübarizə aparan Simmons yaşayış xərcləri və kimyaterapiya müalicəsi üçün minlərlə dollar ianə toplayıb.