Kreml: Rusiya Prezidenti Ukrayna ilə danışıqlara hazırdır

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov "New York Times" qəzetinə açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiya lideri xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdan ötrü Ukrayna ilə danışıqlara hazırdır..

“Rusiya əvvəlki kimi buna hazırdır, lakin yalnız öz məqsədlərinə çatmaq üçün...” deyə Peskov vurğulayıb.