Sosial mediada  piton ilanı satmaq istəyən şəxs yaxalanıb

Türkiyənin Kastamonu şəhər mərkəzində yaşayan bir şəxsin sosial şəbəkədə paylaşaraq satmağa çalışdığı piton ilanı polis qruplarını hərəkətə keçirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Kastamonu İl Jandarma Komandanlığının dəstəyi ilə Təbiəti Mühafizə və Milli Parklar Kastamonu İl Şöbə Müdirliyi qrupları göstərilən ünvana basqın edərək "kral pitonu" növü olduğu təsbit edilən və nəsli kəsilmək təhlükəsi altında olan  heyvanı ələ keçiriblər. 

İlanı satmağa cəhd edən şəxsə 8 min 252 TL inzibati cərimə kəsilib. Piton ilanı qruplar tərəfindən mühafizə altına alınıb.