İran prezidenti BMT Təhlükəsizlik Şurasını səmərəsiz adlandırıb

Dünyada baş verən son hadisələr BMT Təhlükəsizlik Şurasının səmərəsizliyini nümayiş etdirdi.

APA xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Fələstin üzrə beynəlxalq konfransda deyib.

“BMT Təhlükəsizlik Şurası adlanan yer öz gücsüzlüyünü rəsmən bəyan edib”, - İran prezidenti qeyd edib.

Rəisi hesab edir ki, təşkilat sübut etdi ki, ona etibar etmək olmaz.

İran Prezidenti vurğulayıb ki, dünyada təhlükəsizlik üçün başqa mexanizm axtarmaq lazımdır.