Qəzzada 142 BMT əməkdaşı öldürülüb

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında 142 əməkdaşının həlak olduğunu bildirib.
APA-nın xəbərinə görə, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq məlumat yerləşdirilib.

“Ehtiyacı olan insanlara yardım göstərmək üçün bölmələrimiz mümkün olmayan işləri görür. Biz Qəzzadakı UNRWA həmkarlarının əksəriyyətinin ailələri ilə birlikdə hazırda 142 nəfərin ölümünə yas tuturuq” – paylaşımda deyilir.