Rusiyanın elektromobili gülüş obyektinə çevrildi! "Tesla qatili"

Sosial media istifadəçiləri Moskva Universitetinin tələbələri və alimləri tərəfindən hazırlanan yeni avtomobilin 1990-cı illərdə istehsal edilən FİAT-ın Multipla model avtomobili qədər çirkin olduğunu yazıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, bu həftə Rusiyanın "Amber" adlı ilk elektrik avtomobilinin təqdimatı sosial media istifadəçiləri tərəfindən lağ mövzusuna çevrilib.


Tamamilə Rusiyada dizayn edilən və istehsal edilən avtomobilə "Tesla qatili" ləqəbi verilib və "ördək balası" ilə müqayisə edilib. Dizayn xüsusilə estetik cəhətdən çirkin hesab edilib və tez bir zamanda sosial mediada gülüş obyektinə çevrilib. Dizaynı ələ salanlar arasında ukraynalı sosial şəbəkə istifadəçiləri də olub.

Yeni avtomobilin kütləvi istehsalına 2025-ci ildə başlanması planlaşdırılır və illik 50 min elektrik avtomobili hədəflənir. Həmçinin xəbər var ki, avtomobilin son versiyası ilkin dizayndan tamamilə fərqli ola bilər.


Fiatın Multipla model avtomobili ən çirkin dizayn elan edilsə də, dünyanın ən yaxşı ailə avtomobili mükafatını da qazanıb.

Amber adlı elektromobillər Qərbin sanksiyalarından əvvəl Kia, BMW və Ford kimi xarici avtomobillərin yığıldığı Kalininqrad vilayətindəki Avtator zavodunda istehsal olunacaq.

Avtator 2008-ci ilə qədər dünyanın ən böyük avtomobil istehsalçıları və montajçılarından biri idi. Bir çox brendlərin idarə etdiyi şirkət Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bağlanıb.