Tramp yenidən prezident olacaq? - 2024-cü ildən PROQNOZ

Məşhur astroloq 2024-də məşhurları gözləyən hadisələrdən danışıb

  İndiyədək açıqladıqları təxminlər və ehtimalları böyük faizlə gerçəkləşən astroloq və medium Nikolas Aujula 2024-cü il üçün də maraqlı və gözlənilməz açıqlamalarla çıxış edib. Onun gələcəyə dair proqnozlarının əhatə dairəsinə ABŞ-nin sabiq prezidenti Donald Trampdan başlamış İngiltərə kral ailəsinin üzvləri, futbol “ulduzu” Devid Bekhemin həyat yoldaşı, məşhur model Viktoriya Bekhem də var. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Nikolas Aujula koronavirusun yayılacağı təxminləri ilə də məşhurdur. Bu səbəbdən onun 2024-cü il təxminləri də maraqla izlənir. Astroloq “öncəgörmələrim yuxularımdan qaynaqlanır. Zehnim çox şəffafdır, bəzi hadisələri görə bilirəm və hiss edirəm. Bəzən səslər də duyuram. Daxili bir səs kimi”, deyən N.Aujulanın təxmininə görə, Böyük Britaniya kral ailəsində daha bir münaqişə yaşanacaq. Ailə üzvləri ilə bağlı bir səs yazısı mediada yayımlanacaq. Meqan Markl böyük bir kədər yaşayacaq. Amma bu, şahzadə Harri ilə bağlı deyil, ona yaxın başqa birisiylə əlaqəli olacaq. Astroloq 2024-cü ili işgüzar xanımlar üçün uğurlu il kimi görür. Viktoriya Bekhemin səhhətindəki problemləri həll edəcək, iş dünyasında yeni uğurlar qazanacaq. Donald Tramp üçün də 2024 yüksəliş ili kimi görünür. O, yeni karyera yüksəlişi yaşaya bilər. Hətta onun yenidən prezident olacağı da mümkündür. Sabiq prezidentin şəxsi həyatı barədə isə müsbət proqnoz verilmir. Astroloq 2024-cü ilin aparıcı bürclərinin Aslan, Əqrəb, Buğa və Dolça bürcləri olacağını söyləyib. Bu bürclər altında doğulanların da qarşıdakı ildə bəxtləri gətirəcək.