Çin Sədrindən çağırış: Daha yaxşı dünya quraq!

Çinin Sədri Si Cinpin Yeni il müraciətində daha firavan dünya qurmaq üçün səy göstərməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə TASS Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.

“Hazırda dünyada hələ də müharibə alovuna bürünmüş yerlər var. Çin xalqı sülhün dəyərini yaxşı bilir. Biz bəşəriyyət üçün ortaq taleyi olan bir cəmiyyətin qurulmasına və daha yaxşı bir dünyanın qurulmasına kömək etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq”, - o bildirib.

Si Cinpin etiraf edib ki, Çin xalqının bir-birinə necə kömək etməsindən və çoxsaylı çətinliklərin öhdəsindən gəlmək üçün birlikdə çalışmasından təsirləndim.