Dünyanın ən böyük almazını tapdı: İndi tövlədə yaşayır

  Syerra-Leone Qərbi Afrikanın təbii almaz yataqları ilə məşhur ölkəsidir. Buranın əhalisi də sübh tezdən oyanıb almazlarla zəngin ərazilərə - mədənlərə gedir və gün batanadək əlləriylə torpağı qazaraq almaz daşları tapmağa çalışırlar ki, ailələrinə bir parça çörək apara bilsinlər. “Sherg.az” “Milliyyət.com.tr”yə istinadən cəvahirlər ölkəsinin kasıb, ehtiyac içində yaşayan ailəsinin hekayəsini təqdim edir. Kamba Conbull və Endryu Saffe də almaz axtarışlarına çıxan gənclərdən olub. Onlar 5 nəfərlik axtarış qrupunun ən gənc üzvləri olub. Onlar da Syerra-Leonenin əksər gəncləri kimi varlanaraq təhsil almaq, firavan həyat arzularının ardınca almaz yataqlarına axtarışa gediblər. Amma onlara bunun əvəzində pul yox, yalnız qazıntı işlərində istifadə olunan alətlər və axşam evlərinə aparmaq üçün ərzaq verilib. Hətta almaz tapıldıqda da ən böyük pay qazıntıların xərcini çəkən sponsora düşüb. Qazıntılar ağır şərtlər altında aparılıb. Sübh tezdən oyanıb fermada çalışır, səhər yeməyi (qaynadılmış banan) yedikdən sonra isə mədənlərə axtarış aparmağa gediblər. Yorğunluqdan xəyalları, arzularını da çox vaxt unudublar. Bu iki gənci ruhlandıransa aralarındakı dostluq olub. Leysan yağışlar, qızmar günəş altında çalışıblar. Bir-biriylə söhbət edərkən Conbull iki mərtəbəli ev, bahalı avtomobil arzuladığını, Saffe isə təhsilini tamamlamaq istədiyini deyib. Günlərin birində bəxt üzlərinə gülür və Conbull suyun içində parıldayan daş görüb onu çıxarır. Bu, 709 karatlıq və indiyədək dünyada tapılan 14-cü ən böyük almaz olub. Tapılan almaz barədə sponsorları olan keşiş Emmanuel Momoha məlumat verilib. Keşiş fürsəti əldən verməyib. Almazı qara bazarda satmaq əvəzinə rəsmi dairələrə təhvil verib və almaz auksionda 6,5 milyon dollara satılıb. Amma onu tapan Saffa və Conbulla isə yalnız 80 min dollar pul ödənilib. 2017-ci ildə dünya mediası günlərlə bu haqda yazıb. Gənclər bu almazı “sülh daşı” adlandırıblar. Onun həyatlarını dəyişdirəcəyinə inanıblar. Lakin hər şey onların düşündüyü kimi olmayıb. Conbull payını aldıqda 1 həftə nə edəcəyini bilməyib, sonra ev almaq üçün paytaxt Freetovna gedib, Saffe isə təhsil almaq üçün Kanadaya getmək istəyib. Conbull da sonradan dostunun yanına gedəcəyini deyib. Bir vasitəçi tapıblar və ona 15 min dollar pul ödəyiblər. 6 ay Qanada yaşayıblar və pullarının böyük qismini xərcləyiblər. Təhsil almaq müraciətlərinə isə rədd cavabı gəlib. Conbull Sierra-Leoneyə geri dönüb, Saffeyə isə xarici ölkələrdən birində sürücü işləyə-işləyə təhsil ala biləcəyi deyilmişdi. O da həmin ölkəyə gedib, lakin orada da xəyalları “suya düşüb”. Ona bir tövlədə yer verilib, orada yaşayıb. Həmin ölkədə daimi yaşayış icazəsi olmadığından səsini çıxara bilməyib. Sierra Leonedə aldığı evdən savayı, heç nəyi qalmayıb. Saffe hələ də xarici ölkədədir. Gəncləri üzən dünyanın diqqət yetirdiyi ən böyük almaz tapıntısında adlarının çəkilməməsi olub. Buna baxmayaraq, həyatlarına davam edirlər. Conbull əlində olan az maliyyə ilə alüminium pəncərə istehsalı ilə məşğuldur, birtəhər özünü dolandıra bilir. O, dostu Saffenin da Vətənə dönməsini arzulayır. Onu sevindirən həm də budur ki, övladları bu sıxıntıları yaşamayacaq. Onların təhsil almasını təmin edə biləcək.