Türkiyə təyyarəsi İranda qalıb: Türk Hava Yolları “Boing”lərlə bağlı qərar verməlidir

Alyaska Hava Yollarına aid “Boeing 737 MAX 9” sərnişin təyyarəsinin qalxma zamanı təcili çıxış qapısının  qopması hadisəsindən sonra ABŞ Federal Havaçılık İdarəsi bənzər formalı 171 təyyarənin uçuşlar həyata keçirməsini qadağan edib və eyni vaxtda uçuşlar həyata keçirən digər təyyarələrə də təcili eniş əmri verib. 
”Sherg.az" “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu qərar Türk Hava Yollarının da heyətindəki  5 ədəd “Boeing 737 MAX 9” tipli sərnişin təyyarələrini uçuşa yasaqlamasına səbəb olub. ABŞ FHİ açıqlamasında sərnişinlərin təhlükəsizliyinin onlar üçün ən dəyərli olduğunu və güvənin, etibarın azaldığı təyyarələrə uçuş izni verilməyəcəyini, təyyarələrə yenidən baxış keçiriləcəyini  bildirib. Türk Hava Yolları da 5 ədəd “Boeing 737 MAX 9” sərnişin təyyarələrinin səfərlərinin ləğv edildiyini açıqlayıb. Bu qərar hazırda İran İslam Respublikasına reys həyata keçirmiş 2 ədəd “Boeing 737 MAX 9” təyyarəsinin də olduğu yerdə qalacağı, sərnişinlərə xidmət göstərməyəcəyi anlamına gəlir. Bu təyyarələrin Türkiyəyə gətirilib-gətirilməyəcəyi də bilinmir. 2018-ci ildə də “Boeing 737 Max 8” tipli təyyarələrlə bağlı oxşar qərar verilmişdi və təkcə “Boing” deyil, digər hava yolları şirkətləri də xeyli zərərə uğrayıb.  Zərəri isə təyyarə istehsalçısı “Boeing” şirkəti qarşılayıb.