2.5 ton fil dişi məhv edildi

Dəyəri 11.2 milyon dollardır


  Vəhşi təbiətdən əldə etdikləri 2.5 ton fil dişini qaçaqmalçılıq yoluyla ölkədən çıxarmağa çalışan qrup üzvləri yaxalanıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Nigeriya hökumətinin Dövlət  Təbii Standartlara nəzarət həyata keçirən Agentliyi qaçaqmalçılıq yoluyla ölkəyə gətirilən tonlarla fil dişinin xüsusi vasitələrlə partladılaraq məhv edilməsinə qərar verib. Agentliyin direktoru Aliju Jauro bildirib ki, ələ keçirilən fil dişləri ümumilikdə 2.5 ton ağırlığındadır. Onların dəyəri isə 11.2 milyon dollardır. Lakin bu, Nigeriya hökumətinin vəhşi təbiəti qorumaq amalının qarşısını kəsə bilməz. Bununla hökumət hər cür qaçaqmalçılığa və heyvanların  soyqırımına qarşı budan sonra da sərt davranacağını bəyan edir. Agentlik direktoru qeyd edib ki, fil dişləri ölkəyə qaçaqmalçılıq yoluyla gətirilir və qadağan edilmiş ticarətdir. Hər nə qədər dünyada fil dişlərinin ələ keçirilməsi məqsədilə vəhşi təbiətin bu alicənab heyvanlarının məhvinin qarşısı alınmağa çalışılsa da, yenə də biriləri məkrli məqsədlərindən əl çəkmir, filləri məhv edərək dişlərinin müxtəlif ölkələrdə satışını həyat keçirirlər. Fil dişlərindən çox bahalı müxtəlif bəzək əşyaları bu gün də gizli şəkildə olsa da, istehsal edilir.