Muxtar çıxış yolu tapdı: Ağaca vurulan lövhə insanları rahatladı

  Tıxaclardan qurtulmaq üçün alternativ yollar çəkilməsi bəlli məsələdir. Türkiyənini Rize bölgəsində isə qeyri-adi alternativ yol üsuluna əl atılıb. 
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Rizenin Ardeşən əyalətinə aid Çiftkavak məhəlləsində yolun birtərəfli olması səbəbiylə daim tıxac yaşanıb. Məhəllə sakinləri bu vəziyyətə bir əlac tapması üçün muxtara (yerli məmur) müraciət edib. Muxtar da yerli bələdiyyəyə müraciət edib, məhəllə içində ikinci bir yol çəkilib. Lakin sakinlər yenə də köhnə yola üstünlük verdiklərindən yeni yol istifadəsiz qalıb. Vəziyyəti belə görən muxtar yol ayrıcındakı ağaca “Məhəllənin davamı” sözləri yazılmış lövhə vurub. Bundan sonra lövhəni görən sürücülər o yol istiqamətində hərəkət etməyə başlayıb. Məhəllə muxtarı Varol Akay bununla bağlı deyib ki, lövhə vurulmayınca hamı köhnə yoldan istifadə edirdi, yeni yol istifadəsiz qalmışdı. “Lövhəni asdıq, görənlər başqa bir yol olduğunu bildilər, yeni yolla hərəkət etməyə başladılar. İndi daha rahatıq. Yolda tıxac yaranmır. Lövhə məhəllə sakinlərinin də xoşuna gəlir. Bura gələnlər bu lövhənin önündə xatirə şəkli çəkdirirlər”, söyləyən muxtar məhəllə sakinlərinin problemini həll etdiyi üçün sevinir.