Pakistan da İran ərazisini vurdu: ölənlər var

Pakistan İran ərazisinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirilən zərbələr nəticəsində 7 nəfər ölüb.
Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda "Partizanlara ölüm" ("Marg Bar Sarmachar") əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.

***
İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.