Türkiyə-Yunanıstan münasibətləri: Qərb Afinadan təzyiq vasitəsi kimi ifadə edir?

ABŞ Yunanıstandan Türkiyəyə dolayı təzyiq faktoru kimi istifadə edir.
 Bu sözləri RİA-ya açıqlamasında Türkiyənin Təqaüddə olan Zabitlər Cəmiyyətinin sədri, istefada olan aviasiya generalı Ərdoğan Karakuş deyib.
“ABŞ Yunanıstanı vaxtaşırı silahlandırsa da, Vaşinqton Türkiyə ilə döyüşə ehtiyacı olmadığını deyir. Ancaq həm Yunanıstan, həm də PKK-dan istifadə ilə Ankaraya dolayı təzyiq var. Digər tərəfdən, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı xəbərlər fonunda Vaşinqtonun Yunanıstan timsalında dəstəyə ehtiyacı var”, - Karakuş bildirib.
Onun sözlərinə görə, Yunanıstan artıq müstəqil ölkə deyil, çünki ABŞ Afinadan baza kimi istifadə edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Yunanıstana 8,6 milyard dollara beşinci nəsil F-35 döyüş təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqlədiyi bildirilib. Dövlət Departamenti həmçinin Türkiyəyə 23 milyard dollara F-16 döyüş təyyarələri və avadanlıqlarının mümkün satışını təsdiqləyib.
Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcısı, artıq xidmətdə olan 79 təyyarənin modernləşdirilməsi, əlavə avadanlıq, naviqasiya sistemləri, silah və sursat, raketlər, ehtiyat hissələri, yer terminalları və təlim sistemləri tələb edib.

Ərdoğan Karakuşun sözlərini "Sherg.az" üçün şərh edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay bildirib ki, Türkiyə Yunanıstan münasibətləri hər zaman olduqca enişıi-yoxuşlu olub:
"Türkiyə-Yunanıstan münasibətləri beynəlxalq sistem tərəfindan çox yaxından izlənilir. Xüsusilə Türkiyə ilə ciddi problemleri olan Fransa, İngiltərə kimi ölkələr  Yunanıstan üzərindən Ankaraya təzyiq göstərməyə çalışırlar. Bu strategiyanı indi də Amerika tətbiq edir. Yunanıstandakı rusiyapərəst ictimai rəyi, Türkiyədə isə anti-amerikan ictimai rəyini nəzərə alsaq, hazırda Türkiyə-Yunanıstan münasibətlərinin Amerika tərəfindən idarə olunduğunu deyə bilərik".

Politoloq Amerikanın anti-Türkiyə mövqeyində olan Yunanıstanı silah, sursat və təyyarə ehtiyatı ilə təmin etdiyini qeyd edib:
"Yunan solçuları və yunan millətçiləri Amerikanın silah yardımına etiraz etmirlər. Bundan başqa, Rusiyayönlü anti-amerikan mətbuatı bu silahların Türkiyəyə qarşı istifadə ediləcəyi iddiası ilə Türkiyədə ictimai rəy yaratmağa çalışır. Bunun arxasında Rusiyanın durduğu çox aydındır. Çünki əvvəllər iki NATO ölkəsinin birgə işləməsi heç vaxt görülməyib. Amerika bu yolla ictimai rəyi öz istəklərinə uyğun istiqamətləndirərək, sözügedən silahların Rusiyaya qarşı olduğu imicini silməyə çalışır". 

H.Oktay xüsusilə İsveç və Finlandiyanın NATO-ya daxil olduqdan sonra Baltik dənizini Rusiyanın üzünə bağlayan NATO-nun, yeni döyüş meydanının Qara dəniz olacağını vurğulayıb:
"Bu səbəbdən də Yunanıstanı bir silah kimi gücləndirərək Kremli təzyiq altına almaq istəyirlər. Amerikanın strategiyasını yaxşı anlamayanlar bunun Türkiyə-Yunanıstan münaqişəsi kimi təzahür edəcəyi barədə fikirlər irəli sürürlər. Təqaüddə general-leytenantı Ərdoğan Karakuş aviasiya zabiti olduğu üçün Türkiyənin hava imkanlarını yeni yardım və dəstəyi Yunanıstanın hava döyüş imkanları ilə müqayisə edərkən bunun Türkiyə əleyhinə bir hərəkət olduğunu söyləməsi olduqca normaldır. Lakin daha yüksək səviyyəli strateji nöqteyi-nəzərdən Amerikanın Yaxın Şərqdəki ən mühüm müttəfiqi olan Türkiyəyə qarşı müharibəyə başlaması üçün heç bir əsas yoxdur. Bu, tamamilə NATO-nun Rusiyanın Qara dəniz vasitəsilə Aralıq dənizinə açılmaq istəyinin qarşı almaq üçün gördüyü tədbirdir. Dünya sürətlə böyük münaqişə zonasına çevrilir, indi sülhdən daha çox danışmaq lazımdır".