Səhnədə ölüm: Məşhur aktyor ittihamları qəbul etmir

  Aktyor ikinci dəfə qəsdən adam öldürmədə ittiham olunur. Hollivud ulduzu yeni açılan işdə də günahsız olduğunu bildirib.
Sherg.az xəbər verir ki, “Rust” filminin operatoru Halyna Hatçins, 2021-ci ilin oktyabrında çəkiliş meydançasında Alek Balvin tərəfindən vurularaq öldürülmüşdü. 2023-cü ilin yanvarında qəsdlə adam öldürmədə ittiham olunan aktyora qarşı ittihamlar 3 ay sonra üzərindən götürülmüşdü. 
  Ortaya çıxan yeni faktlardan sonra 65 yaşındakı aktyor yenə qəsdən adam öldürmədə ittiham olunur. "The Hollywood Reporter"  xəbər verir ki, yeni sübutlar arasında aktyorun əlində olan silahın dəyişdirildiyi ifadəsi yer alıb. 
  Boldvinin vəkilləri məhkəmə gününü gözlədiklərini deyiblər. Günahı sübut olunarsa, aktyoru 18 aya qədər həbs cəzası gözləyir.
65 yaşlı aktyorun məhkəməyə təqdim etdiyi sənədlərdə ittihamı rədd etdiyi görülüb.
  Aktyor 2021-ci ildə verdiyi müsahibədə silahın təhlükəsiz olduğunu düşündüyünü və məsuliyyəti öz üzərinə götürməyəcəyini bildirib:
"Baş verən hadisəyə görə başqası məsuliyyət daşıyır, amma bilirəm ki, o şəxs mən deyiləm. Məsul olduğumu bilsəm özümü öldürmək istəyə bilərdim, bunu sadəcə söz olsun deyə demirəm".
  Qeyd edək ki, 2021-ci ildə ABŞ-nin Nyu-Meksiko ştatında "Rust" filminin çəkilişləri zamanı fəciəvi qəza baş verib. Məşhur aktyor Alek Boldvin kinooperator Halyna Hatçinsin ölümünə,  rejissor Coel Souzanın isə ağır yaralanmasına səbəb olub. Aktyor kinooperatorun çəkiliş meydançasında ölümü ilə bağlı qəsdsiz adam öldürmədə ittiham olunmuşdu. 
  Çəkiliş meydançasında baş verən qəzadan sonra ifadə verən Boldvinin rejissor köməkçisi Hallsın silahı ona verdiyini və verərkən təhlükəsiz olduğunu dediyini bildirib. Rejissor köməkçisi Halls isə açıqlamasında silahda əsl güllələrin olduğunu bilmədiyini qeyd edib. Beləliklə, Baldvinin əlindəki silahda həqiqi güllələrin olduğu üzə çıxmışdı.