İki fəsli eyni gündə yaşayan şəhər: Bir tərəfdə dənizin ləzzəti, digər tərəfdə qarla mübarizə


Türkiyənin Mersin bölgəsi eyni gündə iki mövsüm yaşayır. Şəhərin sahil hissəsində havanın temperaturu artdıqca insanlar dənizə yön alır, yuxarı hissələrdə isə qarla mübarizə işləri davam edir.

Sherg.az türk mediasına  istinadən xəbər verir ki, Mersində havanın temperaturunun 18-19 dərəcəyə çatdığı şəhərin mərkəzində yaşayan insanlar gözəl havadan həzz almaq üçün sahilə üz tuturlar.

Bəzi insanlar çimərlikdə gəzir və dəniz havasını ciyərlərinə çəkirlər, bəziləri özlərini Aralıq dənizinin mavi sularına atır.

Digər tərəfdən Toros dağlarının yüksək hissələrində qarla mübarizə işləri aparılır.

Komandalar kənd və yayla yollarının bağlanmasının qarşısını almaq üçün çalışırlar.

Səlahiyyətlilər xüsusilə sürücülərə xəbərdarlıq edir ki, zəncirsiz maşınlarla yaylalara getməsinlər.