Netanyahu hərbi kabinetin təcili iclasını çağırıb


İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinetin təcili iclasını çağırıb.

Trend xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında əməliyyatın müzakirəsi və girovların azad edilməsi ilə bağlı mümkün sövdələşmə gündəmdədir.

"İsrail hökuməti HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvarı anklavda saxladığı bütün girovları azad etmək şərti ilə aradan qaldırmaq əvəzinə, ölkədən çıxarmağı düşünür", məlumatda qeyd olunub.