Pakistanda 51 terror aktı törədildi

Pakistanın müxtəlif bölgələrində seçki prosesini pozmaq üçün ümumilikdə 51 terror aktı həyata keçirilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun mətbuat xidməti məlumat yaıb.

Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib.

Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.