Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarları Ermənistanda mən qəbul etmirəm.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Teleqraf”a müsahibəsində deyib.
"2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib-edilməyəcəyinə baş nazir qərar vermir", - deyə baş nazir bildirib.
Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı əhalinin qeyri-qanuni deportasiyasından ibarət hərbi cinayətlərdə iştirak etməkdə ittiham edərək barələrində həbs qərarı çıxarıb.