Türkiyə ordusu Suriyada 4 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında, “Fərat Qalxanı” bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölgədə antiterror əməliyyatları davam edir.