Ərdoğan Alper Gezeravcı ilə görüşdü - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenboğa Hava Limanında Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüşüb.
Bakupost.az xəbər verir ki, Ərdoğan Alper Gezeravcı və ailəsi ilə görüşərək Gezeravcının özü ilə gətirdiyi Türkiyə bayrağını qəbul edib.
Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosdakı missiyasını başa vurub və 2 həftədən sonra sağ-salamat evinə qayıdıb.
Kosmosda olduğu müddətdə 13 təcrübə həyata keçirən Gezeravcı ilk türk astronavtı kimi tarixə düşüb.
Ankara Esenboğa Hava Limanında Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır tərəfindən qarşılanan Gezeravcı, daha sonra qısa mətbuat konfransı keçirib.